Gürcüstan Rusiyaya görə Avropa İttifaqından üz döndərdi

DÜNYA
19:36 / 30.05.2023
374

Gürcüstanın hakim partiyası “Gürcü arzusu” ölkənin Avropa İttifaqının üzvü olmadığı müddətdə siyasətini Aİ-nin xarici siyasət xətti ilə uyğunlaşdırmaq niyyətində deyil.

HİT.Az "Georgia Online" portalına istinadən xəbər verir ki, bu bəyanatla partiyanın baş katibi və Tfilis meri Kaxa Kaladze çıxış edib.

Kaladze bildirib ki, Gürcüstan sanksiyalara qoşulmayıb və Rusiya ilə hava əlaqəsinin bərpasını məqsədəuyğun hesab edib. 

"Gürcüstan hələ Aİ-nin üzvü deyil. Biz müstəqil, suveren, Avropaya can atan və Avrointeqrasiyanı arzulayan ölkəyik. Statusumuz olanda və Avropa İttifaqına üzv qəbul ediləndə əlbəttə ki, ortaq maraqlarla bağlı qərarlar qəbul edəcəyik", deyə mer əlavə edib.

Qeyd edək ki, 2023-cü il mayın 10-da Kreml Gürcüstan vətəndaşları üçün vizaları ləğv edib və hava səyahətinə icazə verib. Mayın 15-də Gürcüstan səmasını rus hava yollarına açıb. Mayın 19-da Rusiyadan son 4 ildə ölkəyə ilk birbaşa reys eniş edib.

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 20-də Tiflisdən Moskvaya reys həyata keçirən yerli “Georgian Airways” aviaşirkətini boykot etdiyini açıqlayıb.

Gürcüstanda birbaşa uçuşlara və Rusiya ilə vizasız rejimin tətbiqinə cavab olaraq kütləvi etirazlar başlayıb.

Samir

0