Kılıçdaroğludan istefa AÇIQLAMASI

15:05 / 01.06.2023
440

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu gündəmi sarsan yeni açıqlama verib.

HİT.az xəbər verir ki, o, istefasının tələb olunması ilə bağlı danışıb.

Kılıçdaroğlu "Halk TV"-yə açıqlamasında bildirib ki, qərarı tezliklə elan edəcəklər:
"CHP çox köklü bir partiyadır. CHP-də hər cür düşüncə rahatlıqla səsləndirilə, müzakirə oluna bilər. Posesin sonunda səlahiyyətləri şəxslər qərar verər. Hazırda da belə bir vəziyyəti yaşayırıq. İdarə heyətində incələmələr, dəyərləndirmələr və müzakirələr aparılacaq. Birlikdə qərar verəcəyik və bunu mətbuatla paylaşacağıq".

O, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə də danışıb:
"Əkrəm İmamoğlu ilə partiyanın idarə heyəti arasında heç bir gərginlik və ya problem yoxdur. Danışıb, bundan sonra edəcəklərimizə birlikdə qərar verəcəyik".

Pərviz

0