Amerikalı sabiq səfir: \"ABŞ dünyada öz dominantlığını itirib\"

19:34 / 17.11.2023
288

"ABŞ Ukrayna və Yaxın Şərqdəki siyasətinə görə qlobal üstünlüyünü itirib".

HİT.az xəbər verir ki, bunu keçmiş amerikalı diplomat Ças Friman deyib.

“Ukraynadakı münaqişə ilə artıq gördüyümüz dönüş nöqtəsi ABŞ-ın qlobal əksəriyyətin dəstəyini itirməsidir", deyə sabiq səfir bildirib.

Frimanın sözlərinə görə, ABŞ əvvəllər NATO-ya üzv ölkələr, Yaponiya və Cənubi Koreyanın dəstəyinə malik idisə, indi Vaşinqton hətta bunu da itirir. Diplomat hesab edir ki, bu vəziyyət Amerikanın dünya ilə münasibətlərində dönüş nöqtəsi olub.

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfirliyi bəyan etmişdi ki, dünya əksəriyyəti Vaşinqtonun “bütün planetə rəhbərlik etmək” iddialarına getdikcə daha çox müqavimət göstərməyə başlayır.

Samir

0