Politoloq: \"Almaniya Ukraynanın əsas sponsoru kimi ABŞ-ı əvəz etməyə hazırdır\"
"ABŞ artıq Kiyevə milyardlarla dolları boş yerə göndərməyə hazır deyil, lakin Almaniya Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyini öz üzərinə götürə bilər".
HİT.az xəbər verir ki, bunu alman politoloq Aleksandr Rahr “Vzqlyad” qəzetinə müsahibəsində ABŞ prezidenti Co Baydenin imzaladığı Ukraynaya yardım olmadan Amerika hökumətinin maliyyələşdirilməsi haqqında qanunu şərh edərkən deyib.
Ekspertin fikrincə, Almaniya hökuməti realizmi mənəvi prinsiplərlə əvəzləyib:
“Birləşmiş Ştatlar Ukraynanın məğlubiyyətini etiraf etmədi, amma qərara gəldi ki, artıq boş yerə pul verməyə ehtiyac yoxdur. Amerikalılar almanlardan fərqli olaraq həmişə nəticə üçün çalışıblar. Almaniya, əksinə, öz dövlət xəzinəsinin boşalmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin əsas sponsoru kimi ABŞ-ı əvəz etməyə hazırdır".
Eyni zamanda o, etiraf edir ki, amerikalılar Kiyevi müvəqqəti də olsa, atəşkəsə doğru sövq edəcəklər.
Noyabrın 17-də Bayden ABŞ hökuməti üçün qısamüddətli maliyyələşdirmə haqqında qanunu imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Sənəddə Ukrayna və İsrailə əlavə yardım haqqında bənd yoxdur.
Samir