KİV: \"ABŞ və Aİ rəsmiləri Kiyevlə Kreml arasında erkən danışıqlara inanmır\"

21:15 / 17.11.2023
387

ABŞ və Avropa İttifaqının rəsmiləri hesab edirlər ki, Rusiya və Ukraynanın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi danışıqlar masası arxasına əyləşmək ehtimalı azdır.

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

"Avropa və Amerika rəsmiləri ABŞ seçkilərindən əvvəl Kremlin Ukrayna ilə ciddi sülh danışıqlarına girməsi üçün böyük perspektiv görmürlər", dey nəşr yazır.

Eyni zamanda, Avropa ölkələrinin liderləri ABŞ-ın Ukraynaya verdiyi tranşların azaldılması halında belə, yaxın aylarda Kiyevi dəstəkləməyə davam edəcəklərini bildirirlər. 

Qəzetin mənbələrinə görə, Aİ rəsmiləri Ukraynanın zəifləmiş şəkildə bu dövrə girməyəcəyinə əmin olmaq istəyirlər.

Samir

0