Hindistanın Rusiyadan iki hərbi gəmi alacaq

DÜNYA
15:15 / 06.04.2024
177

Yaxın vaxtlarda Hindistan Rusiya istehsalı olan iki hərbi gəmi alacaq. 

HİT.az xəbər verir ki, "Bloomberg"ə bu barədə Hindistanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Hindistan 2018-ci ildə dörd gəminin tədarükü ilə bağlı bağlanmış müqavilə çərçivəsində Rusiya gəmilərini alacaq. Nəşr bir gəminin sentyabrda, digərinin isə 2025-ci ilin əvvəlində təhvil veriləcəyini bildirir.

Məqalə müəllifləri yazır ki, Hindistanda Rusiya ilə əməkdaşlıq çərçivəsində daha iki gəminin tikintisi davam edir, lakin anti-Rusiya sanksiyalarının yaratdığı problemlər səbəbindən iş qrafikdən geri qalır.

Bundan əvvəl Cənubi Asiya respublikasının xarici işlər naziri Subramanyam Caişankar bildirmişdi ki, Avropa İttifaqı və G7 ölkələrinin Rusiya almazlarının idxalına dair mart ayından qüvvəyə minən sanksiyaları Hindistanın almaz sənayesinə zərbə vurub.

Samir

 

0