CNN: ABŞ-ın İsrailə yardım paketi Ukraynaya görə sual altındadır

DÜNYA
16:32 / 15.04.2024
141

ABŞ Konqresi İranın İsrailə hücumunu demək olar ki, yekdilliklə pisləsə də, bu hadisə yəhudi dövlətinə yardımın ayrılması ilə bağlı fikir ayrılıqlarının həllinə kömək etməyib. 

HİT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Materialda deyilir ki, Konqresin spikeri Mayk Conson hazırda İsrailə yeni yardım paketinin qəbulu məsələsini gündəmə gətirəcəyini vəd edib. Məqalə müəllifi izah edir ki, həm respublikaçılar, həm də demokratlar Consonu İsrail, Tayvana və Ukraynaya vəsait ayırmağı nəzərdə tutan layihəni qəbul etməyə çağırırlar, lakin Respublikaçılar Partiyasının bir qrup radikal üzvü Kiyevə dəstəklə bağlı heç bir təşəbbüsü dəstəkləməməyi tələb edir. 

Bundan əlavə, qeyd olunur ki, spiker artıq konkret olaraq İsrailə yardımın ayrılmasını nəzərdə tutan öz qanun layihəsini qəbul etməyə çalışıb, lakin buna nail ola bilməyib.

Bundan əvvəl respublikaçı senator Ceyms Devid Vens demişdi ki, ABŞ İsrail və Ukraynanı özləri kimi dəstəkləyə bilməz, çünki bu ölkənin sənaye bazası inkişaf etməyib.

Qeyd edək ki, Konqres uzun müddətdir İsrail, Tayvana və Ukraynaya 106 milyard dollarlıq yardımı təsdiqləmir. Buna səbəb Demokratlarla Respublikaçılar arasında fikir ayrılıqlarıdır.

Samir

0