Aİ İranın İsrailə hücumu barədə əvvəlcədən bilirmiş

DÜNYA
11:28 / 16.04.2024
148

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell deyib ki, Aİ İsrail ordusunun İranın Dəməşqdəki konsulluğunu atəşə tutmasından sonra Tehranın cavab zərbəsi endirəcəyini əvvəlcədən bilib.

HİT.az xəbər verir ki, o, bu barədə “Le Monde” nəşrinə müsahibəsində bildirib.

“Bizə İranın cavab hücumu barədə bir neçə gün əvvəl xəbərdarlıq edilmişdi" deyən Borrell müvafiq məlumatı dəqiq haradan aldığını açıqlamayıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin gərginləşməsinin qarşısını almaqdır. "Bu, hər kəsin öz piyadalarını irəli sürdüyü şahmat oyununa bənzəyir", deyə Borrell qeyd edib.

O, həmçinin əlavə edib ki, aprelin əvvəlində Aİ nümayəndələri Dəməşqdəki konsulluğa hücumdan sonra Tehrana çatdırıblar ki, regionda heç bir ölkə hərbi münaqişəni genişləndirməkdə maraqlı deyil, çünki bu, müharibənin davam edəcəyi anlamına gələcək.

Aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna İsrailin hücumuna cavab olaraq aprelin 14-nə keçən gecə İran İsrailə hücum edib. 5 saat davam edən hücum zamanı İslam Respublikası İsrailə doğru 185 pilotsuz uçan aparat, 30 qanadlı raket və 120 ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri onun 99%-nin vurulduğunu bildirib.

Samir

0