Macarıstan Mərkəzi Amerika ölkələri ilə ittifaq yaradacaq

DÜNYA
16:00 / 17.04.2024
129

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt dünyanın əks bloklara bölünməsinə qarşı çıxmaq üçün Panama, eləcə də digər Mərkəzi Amerika ölkələri ilə ittifaq yaratmağa çalışır. 

HİT.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinə istinadən "Daily News Hungrary" məlumat yayıb.

"Panama və Macarıstan birlikdə sülh tərəfdarıdır və azad və ədalətli qlobal ticarəti dəstəkləyirlər... Biz dünyada blokların yaranmasına qarşı çıxmaq və əlaqələri genişləndirmək üçün ittifaq yaratmağa qərar verdik", deyə Siyarto vurğulayıb.

Bundan əvvəl Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas bildirib ki, Budapeşt NATO ölkələrinin Ukrayna münaqişəsinə qarışmasından ehtiyat edir, alyans hadisələrin müvafiq inkişafına hazırlaşır.

Quyllas əlavə edib ki, alyans hələ münaqişənin birbaşa iştirakçısı deyil, lakin müharibədə praktiki iştiraka hazırlaşır. Bu məqsədlə NATO Kiyevə hərbi və maliyyə yardımı göstərmək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlanması üçün 100 milyard dollarlıq fond yaradır.

Samir

 

0