Ukrayna müharibəsi başlayandan Aİ ölkələrinin hərbi büdcələri 20% artıb

DÜNYA
21:47 / 17.04.2024
152

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Ukraynada müharibə başlayandan sonrakı iki il ərzində Avropa İttifaqı ölkələrinin müdafiə büdcələri 20% artıb. 

HİT.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Avropa müdafiə sənayesi konfransında bildirib.

"Milli hərbi büdcələrimiz 2022-ci illə müqayisədə 20% artıb", deyə o vurğulayıb və qeyd edib ki, iki il ərzində ayrılan vəsait artıq Aİ-yə üzv dövlətlərin müdafiə ehtiyacları üçün maliyyə çatışmazlığını kompensasiya edir.

Bundan əlavə, o, səmərəliliyini artırmaq üçün Avropa İttifaqı ölkələrinin hərbi sənayesini AK-nin yurisdiksiyası altında birləşdirməyə çağırıb.

Bundan əvvəl Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirmişdi ki, Avropa ölkələri NATO daxilində güclü baza yaratmaqla öz təhlükəsizliklərini təkbaşına təmin etməlidirlər.

Diplomat vurğulayıb ki, Aİ-nin bütün Avropa müdafiəsi paradiqmasında dəyişikliyə ehtiyacı var, çünki icma ölkələri təhlükəsizliyi çox uzun müddət ABŞ-a həvalə edib və Almaniyanın birləşməsindən sonra son 30 ildə onlar səssiz tərksilah etməyə icazə veriblər.

Samir

 

0