Pentaqon NATO-nun genişlənməsi ilə bağlı proqnoz verdi

DÜNYA
20:36 / 14.06.2024
463

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, o, NATO-ya üzv ölkələr arasında “yaxın gələcəkdə” təşkilatın sıralarına yeni ölkələri qəbul etmək istəyi və ya hazırlığın əlamətlərini görmür. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yaxın gələcəkdə hansısa məqamda genişlənəcəyimizlə bağlı hər hansı bir istək və ya işarə görmürəm”, deyə Ostin bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, NATO ölkələrinin müdafiə nazirləri Rusiyaya qarşı yeni tədbirlərlə bağlı razılığa gəliblər və bu da alyans üzvlərinə qarşı iddia edilən “Rusiya Federasiyasının təxribat əməlləri”nə cavab olacaq. Bu tədbirlərə, digər məsələlərlə yanaşı, Rusiya kəşfiyyatına məhdudiyyətlərin tətbiqi də daxildir.

NATO həmçinin kəşfiyyat xidmətləri arasında mübadilələri gücləndirməyə və mühüm infrastrukturun mühafizə səviyyəsini artırmağa hazırlaşır.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stolterberq bildirmişdi ki, Alyansın 500 min hərbçisi yüksək hazırlıq vəziyyətindədir.

Samir

0