Almaniya və Fransa ölkədə hakimiyyəti ələ keçirmiş Suriya müxalifəti ilə əməkdaşlığa hazırdır.
HİT.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
O, Almaniya kansleri Olaf Şoltsun Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığını, Suriyadakı vəziyyəti də müzakirə etdiklərini bildirib.
"Hər ikisi fundamental insan hüquqlarına hörmət və etnik və dini azlıqların müdafiəsi əsasında yeni hakimiyyətlərlə əməkdaşlığa hazır olduqları barədə razılığa gəldilər", deyə Hebestreyt bildirib.
Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, Şolts və Makron Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.
İki ölkənin siyasətçiləri də Aİ-nin Suriyadakı iştirakını gücləndirmək üçün birgə işləmək barədə razılığa gəliblər. O əlavə edib ki, gələcək fəaliyyətlər Yaxın Şərqdəki tərəfdaşlarla sıx koordinasiyada müzakirə olunacaq.
Bir gün əvvəl Avropa Komissiyası Suriya müxalifəti ilə əlaqə saxlamadığını və onların bəzilərini hələ də terrorçu hesab etdiyini bildirmişdi.
Samir