"Gürcüstanın kimliyinə, inancına, adət-ənənələrinə və dinc inkişafına qarşı fəal hücumlar göstərdi ki, bu gün ölkə müasir tarixin ən mühüm sınaqlarından birini yaşayır".
HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Milad təbrikində deyib.
Gürcüstanın pravoslav sakinləri bazar günü ən mühüm xristian bayramlarından birini - Məsihin Doğum gününü qeyd edirlər. Yanvarın 6-dan 7-nə keçən gecə Məsihin Doğulduğu gecə Gürcüstanın bütün pravoslav kilsələrində bayram mərasimləri keçirilib.
Məktubda deyilir: "Son hadisələr, ölkəmizin kimliyinə, inancına, adət-ənənələrinə və dinc inkişafına qarşı aktiv və əlaqələndirilmiş hücumlar hamımıza göstərdi ki, bu gün biz ölkəmizin müasir tarixində ən mühüm sınaqlardan birini yaşayırıq. Axı mübarizə xətti təbrikdə qeyd olunduğu kimi Gürcüstanın kimliyindən, azadlığından və sülhündən keçir. Gürcüstan sakinləri ölkənin çoxəsrlik tarixi boyunca dəfələrlə şahidi olublar ki, hətta ən çətin, ümidsiz görünən situasiyalarda belə, qorxmazlıq, birlik, adət-ənənələrə sədaqət, inam və vətənə sədaqət sayəsində Gürcüstan daha gözəl sabahı qarşılayıb. Milad yenisinin doğulması deməkdir və biz inanırıq ki, gözümüzün qarşısında yeni, müstəqil, suveren, inamlı, ləyaqətli Gürcüstan doğulur - Gürcüstan heç kimin qarşısında baş əyməyəcək, çünki azad və qürurlu insanların vətənidir".
Samir