Kanada ABŞ-a elektrik enerjisi tədarükünü dayandırmaqla hədələdi

DÜNYA
18:20 / 25.08.2026
52

Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford ABŞ-ın hazırkı prezidenti Donald Trampın ticarət siyasətini sərt tənqid edib. O bildirib ki, Ağ Evdə portreti asılan ABŞ-ın keçmiş prezidenti, respublikaçı Ronald Reyqan belə siyasətdən “ürəyi bulanardı”. 

HİT.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Siyasətçi Vaşinqtonun bəzi Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik gömrük rüsumlarına cavab olaraq ABŞ-a elektrik enerjisi və faydalı qazıntıların tədarükünü dayandıra biləcəklərini açıqlayıb.

Ford xatırladıb ki, Ontario ABŞ-da 1,5 milyon ev və müəssisəni elektrik enerjisi ilə təmin edir. O, Trampa “batareyaları tədarük etməyin daha yaxşı olduğunu” bildirib.

ABŞ prezidenti Donald Tramp isə “Truth Social” sosial şəbəkəsində Kanada rəhbərliyini “klounlar” adlandıraraq Ottavanı nəticələrlə hədələyib.

Tramp Kanada ilə ticarət danışıqlarının uğursuz başa çatmasından sonra ölkə rəhbərliyini sərt şəkildə tənqid edib. Danışıqların son mərhələsində avtomobillərə tətbiq edilən tariflər, ABŞ-ın Kanada resurslarına çıxışı və Ottavanın üçüncü ölkələrlə müqavilələr bağlamaq hüququ ilə bağlı fikir ayrılıqları yaranıb.

Kanada tərəfi Vaşinqtonu razılaşmanın şərtlərini dəyişdirməkdə ittiham edir. ABŞ isə danışıqların pozulmasına görə Kanada tərəfini günahlandırır və 2027-ci ildən rüsumları 50 faizə qədər artırmaqla hədələyir.

Samir
 

0