Polşa Milli Olimpiya Komitəsinin rəhbəri Radislav Pesyeviç Varşavada saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə TVP World məlumat yayıb.
Məlumata görə, idman rəsmisi Polşa Milli Olimpiya Komitəsinin əsas sponsorlarından biri olmuş müflis “Zondacrypto” kriptovalyuta birjası ilə bağlı dələduzluq işi üzrə ittiham olunur.
Prokurorluğun məlumatına əsasən, treyderlər ümumilikdə 82 milyon avro məbləğində aktivləri hesablarından çıxara bilmirlər.
Hazırda Pesyeviçin hansı statusda saxlanıldığı və ona konkret olaraq hansı ittihamların irəli sürüldüyü məlum deyil.
Radislav Pesyeviç Polşa Milli Olimpiya Komitəsinə rəhbərlik edir və ölkənin idman sahəsində əsas vəzifəli şəxslərindən biridir.
Samir


