İsveçrədə 20 mindən çox inşaat işçisi çatışmır: Hansı maaşlar təklif olunur?

DÜNYA
17:26 / 28.08.2026
34

İsveçrə tikinti sektorunda ciddi işçi çatışmazlığı ilə üzləşib. Ölkədə, xüsusilə, hörgü ustaları və sahə rəisləri üçün 20 mindən çox vakansiya var.

HİT.az xəbər verir ki, “El Espanol”un yazdığına görə, işçi çatışmazlığının əsas səbəblərindən biri demoqrafik dəyişikliklərdir. Bir çox işçi pensiya yaşına yaxınlaşır, gənclər isə texnologiya, maliyyə, mühəndislik və əczaçılıq kimi daha yüksək maaş və fiziki baxımdan daha az ağır iş imkanları təqdim edən sahələrdə karyera qurmağa üstünlük verirlər.

Bundan əlavə, İsveçrədə işsizlik səviyyəsi olduqca aşağıdır. 2026-cı ildə bu göstəricinin təxminən 2,2-2,3 faiz təşkil edəcəyi gözlənilir. Bu da vakansiyaları doldurmaq üçün yeni əməkdaşların tapılmasını çətinləşdirir.

İşçi çatışmazlığı əməkhaqlarının artmasına da təsir göstərir. Belə ki, ixtisaslı hörgü ustası təcrübəsindən, bölgədən və peşəkar hazırlıq səviyyəsindən asılı olaraq ayda 5 328-6 927 avro qazana bilər. Əlavə iş saatları, müxtəlif ödənişlər və ya daha yüksək məsuliyyət tələb edən vəzifələrdə çalışanların gəliri isə əhəmiyyətli dərəcədə yüksək ola bilər və təxminən 8 900 avroya çata bilər.

Kadr çatışmazlığını aradan qaldırmaq üçün tikinti şirkətləri getdikcə daha çox xarici işçilərin xidmətlərindən yararlanırlar. Xüsusilə Portuqaliya, İtaliya, İspaniya və Almaniyadan işçi cəlb olunur.

Samir

0