Belçika XİN: Risklər möcüzəvi şəkildə aradan qalxmayıb

DÜNYA
18:00 / 28.08.2026
27

Belçikanın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. 

Tiraj.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Maksim Prevo "Politico"ya açıqlamasında bildirib.

"Belçikanın mövqeyi hamıya məlumdur və dəyişməz olaraq qalır. Bu mövqe ötən ildən bəri dəyişməyib", deyə Prevo vurğulayıb.

Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirəsi ilə bağlı mövcud risklər möcüzəvi şəkildə aradan qalxmayıb.

Avqustun 28-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqını müdafiə və ölkənin bərpasına çəkilən xərclərin artması ilə əlaqədar yaranan büdcə kəsirini qarşılamaq üçün Rusiyanın dondurulmuş aktivlərini müsadirə edərək Kiyevin istifadəsinə verməyə çağırıb.

Avqustun 27-də "Financial Times" qəzeti İsveç, Niderland, İspaniya və Polşanın Avropa İttifaqı rəhbərliyinə Ukrayna üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini təklif etdiyini yazıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu cür addımları qanunsuz adlandıraraq onların hüquqi nəticələrinin olacağını bildirib.

Avqustun 24-də Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin büdcəsində 27 milyard dollar həcmində kəsir yarandığını açıqlayıb və Avropadan təxminən 210 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini tələb edib.

Samir

0