Avropa Rusiyanın NATO-ya hücum etməyə hazırlaşdığına inanmır – "Bloomberg"

DÜNYA
19:28 / 29.08.2026
32

Avropalı rəsmilər Rusiyanın hazırda NATO-ya və ya Baltikyanı ölkələrdən birinə hücum hazırladığına dair heç bir sübutun olmadığını bildirirlər. 

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı Ukraynadakı müharibənin dayandırılması imkanları, Rusiyanın mümkün hücumu halında NATO-nun 5-ci maddə üzrə öhdəliklərinin dəyişməz qalması və İranla bağlı müharibə məsələlərinin müzakirə edildiyi ehtimal olunur.

Avropalı rəsmilər bildiriblər ki, ABŞ tərəfi Retkliffin görüşlərinin detalları barədə müttəfiqləri məlumatlandırmayıb. Onların qiymətləndirmələri öz kəşfiyyat məlumatlarına və Vaşinqtonun adətən necə fəaliyyət göstərdiyinə dair anlayışlarına əsaslanır.

Son aylarda NATO müttəfiqləri Rusiyanın kəşfiyyat və hərbi sahələrdə qarşılıqlı əlaqələrinin gücləndirilməsi imkanlarını da müzakirə ediblər. Məqsəd artan hibrid hücumlar və təxribatlarla bağlı yanlış hesablamaların və anlaşılmazlıqların qarşısını almaqdır.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, Retkliffin Moskvaya səfəri ABŞ-ın İrana qarşı iqtisadi tədbirlərinin Rusiyaya da təsir göstərə bilməsi fonunda Kremlin həddindən artıq reaksiyasının qarşısını almaq məqsədi daşıya bilər.

Qərb xüsusi xidmət orqanlarının rusiyalı həmkarları ilə əlaqə kanallarını saxlaması qeyri-adi hal sayılmır. Bununla belə, rəsmilər Retkliffin səfərinin ictimaiyyətə məlum olmasına çalışmasının diqqətçəkən məqam olduğunu qeyd ediblər.

Samir
 

0