Sadır Japarov: BMT formalaşmaqda olan çoxqütblü dünyanın təməlində qalmalıdır

DÜNYA
13:40 / 01.09.2026
44

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində BMT-nin formalaşmaqda olan çoxqütblü dünyanın təməlində qalmalı olduğunu bildirib. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qırğızıstan liderinin sözlərinə görə, BMT mükəmməl mexanizm deyil. Lakin mövcud çatışmazlıqlar təşkilatın rolunun zəiflədilməsi üçün səbəb olmamalıdır.

"Əksinə, onlar BMT-ni birgə gücləndirməyin, onun effektivliyini artırmağın və mexanizmlərini müasir reallıqlara uyğun təkmilləşdirməyin nə qədər vacib olduğunu göstərir", deyə Japarov bildirib.

Samir

0