İranda qadınlarla bağlı absurd qərar 

21:01 / 01.06.2020
1558

İranın Xuzistan əyalətində qadınlara boksun bütün növləri ilə məşğul olmaq qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xuzistan Boks Federasiyası məlumat yayıb.

Məlumatda bu barədə göstərişin İran Boks Federasiyasından verildiyi bildirilib.

Artıq əyalətdə qadınların məşqçilik və boks idmanının nəzəri təlimlərinin verilməsi də daxil olmaqla, bu idman növü ilə məşğul olması qadağandır. Kişi idmançılar da qadınlara boks dərsləri keçə bilməzlər. Əgər kimsə buna cəhd etsə, atdığı addıma görə özü məsuliyyət daşıyacaq və ona qarşı zəruri cəza tədirləri görüləcək.

Qeyd etmək lazımdır ki, İranda qadın idmançılar, eləcə də tamaşaçılara qarşı ayrıseçkilik hökm sürür. Ölkədə qadınlara bəzi idman növləri ilə məşğul olmağın qadağan edilməsi ilə yanaşı, onların idman yarışlarına baxmaq üçün stadionlara getmək haqları da yoxdur.

0