Marketlərdə “endirim” HİYLƏSİ- Dəyərindən ucuz satılan məhsullar KEYFİYYƏTSİZDİR?

İQTİSADİYYAT
23:25 / 19.04.2025
35

İstər marketlərdə, istərsə də geyim, məişət mağazalarında  endirim kampaniyalarına rast gəlirik. B, kompaniyalar bəzən insanlarda sual yaradır.

Niyə məhsul dəyərindən ikiqat ucuz qiymətə satılır?

Alıcılar həmin dəqiqə məhsulun istehsal tarixini gözdən keçirir. Ancaq, çox zaman suala cavab tapa bilmir. Yenə də qazanan qarşı tərəf olur.

Belə çıxır ki, endirimli məhsullar keyfiyyətsizdi?

İqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında burada satış siyasətinin rol oynadığını vurğulayıb:

“Çünki alıcı “endirim” sözünə maraqlıdır və satıcı da məcbur bu üsuldan istifadə edir. Endirim kompaniyaları təhlükəli deyil, yəni qiymətindən asılı olmayaraq satıcı məhsulu vaxtı keçməmiş, korlanmamış şəkildə satmağa borcludur. Qiymətin ucuz olması ona əsas vermir ki, keyfiyyətsiz məhsullar satılsın. Ancaq yenə də vətəndaşlar aldıqları məhsulların istehsal vaxtına diqqət etsinlər. Bəzən də məhsulun son istifadə vaxtına bir həftə qalmış onun qiymətini endirirlər”, - deyə ekspert bildirib.

O ki qaldı qeyri-ərzaq məhsullarına, ekspert qeyd edib ki, burada endirim kampaniyası satış siyasətlərinin tərkib hissəsi olub:

“Qiyməti yüksək təyin edirlər və sonra “endirim” başlığı altında satışa çıxarırlar. Bu da onlar üçün ən keyfiyyətli satış siyasətidir”, - deyə Xalid Kərimli vurğulayıb”.
 

0