13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı kişi həbs olundu

HADİSƏ
18:03 / 25.05.2023
427

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən Səfər Kavazovun barəsində həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, bu barədə qərar Xaçmaz Rayon Məhkəməsində çıxarılıb.

Belə ki, məhkəmə S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb, və barəsində cinayət işi açılıb.

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən Səfər Kavazov Xaçmaz Rayon Məhkəməsinə gətirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, bu gün onun barəsində istintaq orqanının təqdimatına baxılacaq.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb, və barəsində cinayət işi açılıb.

0