Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO

HADİSƏ
09:07 / 02.08.2024
506

Astarada vəhşi heyvan kəndə hücum edib. Hadisə rayonun Rudəkəran kəndində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, vəhşi heyvan kənd sakini 48 yaşlı Gündüz Abdullayevin həyətinə girib və onun üzərinə hücum edib.

Müxtəlif xəsarətlər alan Gündüz Abdullayev heyvana müqavimət göstərə bilib.

Gündüz Abdullayev deyib ki, baş verənlər kənddə yaşayanları narahat edir. Kənd sakinləri bu hadisədən sonra müvafiq qurumların onlara kömək etmələrini xahiş edirlər.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan kənd sakini qonşuların köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub. Hazırda xəstənin müalicəsi ambulator şəkildə evdə davam etdirilir.
 

0