Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
HİT.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.
II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) - “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” - “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.