Türkiyənin "Trabzonspor" klubu gözlənilməz bir addım atıb.
HİT.az xəbər verir ki, Qaradəniz təmsilçisi klubun xarici investorlara satılmasını qadağan edib.
Son zamanlarda türk klublarını satın almaq istəyən xarici iş adamlarının olduğuna dair xəbərlərin yayılmasının fonunda "Trabzonspor"un nizamnaməsinə dəyişiklik edilib.
Bununla bağlı növbədənkənar qurultay keçirilib. Qurultayda nizamnamədə yer alan "xaricilər klubu satın ala bilər" bəndi çıxarılıb. Həmçinin, xarici vətəndaşların klubun idarə heyətinin üzvü olması da qadağan edilib.
Qeyd edək ki, bir müddət öncə Qətərə məxsus bir şirkətin 665 milyon avroya "Trabzonspor"u satın alacağı iddia olunub. Lakin nizamnaməyə edilən dəyişikliklə bu ehtimal aradan qalxıb.
Pərviz