"Bəzi xanım müğənnilər kişilərin olduğu məclisə getmədiklərini deyirlər.
Mənim belə kompleksim yoxdur.Azərbaycan kişiləri çox qeyrətlidirlər.Mən istəməzdim kimsə bunu şübhə altına alsın".
Bu fikirləri Hit.az-a açıqlamasında populyar müğənni Damla səsləndirib.
"Bizi xanımın qız toyuna,xınayaxdısına çağırırlar.Təbii ki,o məclisdə gəlinin qardaşı, atası,əzizləri olacaq. Necə gəlmirəm demək olar? Azərbaycan kişiləri məclis qurmağı da yaxşı bilirlər,gələn qonaqlarına,o toyu idarə edən müğənnilərə hörmət qoymağı da.Mən bu günə qədər getdiyim məclislərin heç birində atalarımızdan,qardaşlarımızdan xanımlara qarşı pis hərəkət görməmişəm. Sərxoş olub özünü itirən kişilər belə qadınlarımıza sayqı ilə yanaşırlar,kimsə onlara hədlərini aşmağa imkan verməz.Və son olaraq deyim ki,çox şey qadınların özlərindən də asılıdır"- deyə o bildirib.
Murad