Məşhur astroloqdan xəbərdarlıq - Yeni dövrə qədəm qoyduq

MARAQLI
14:42 / 27.02.2024
391

"İndi dünyanın yenidən qurulması uğrunda dərin və dərin proseslər gedir. Dünya dəyişib və bir daha əvvəlki kimi olmayacaq. Dünyanın vibrasiyaları dəyişir və bu, insanlara təsir edir. Yaşadığımız vibrasiya dalğaları dəyişib və indi informasiya dünyanı idarə edəcək. Dünya zehni müstəvilər deyilən yerə keçir".

Bunu Hit.az-a astroloq Firudin Qurbansoy deyib. Onun sözlərinə görə planetin Balıqlar bürcü erası bitdikdən sonra o, Dolça erasına qədəm qoyub. 

"Son dövr Balıqlar dövrü idi. Balıqlar dərin hisslər və duyğular deməkdir. Bu bürcdə əsas dəyər emosiyalardı, biz onlar üçün yaşayırdıq. İndi hər şey dəyişdi, informasiya əsri, Dolça dövrü gəlir. Bu dövr informasiya ilə idarə olunacaq. Müasir texnologiya sayəsində informasiya çox sürətlə yayılır. Müvafiq olaraq, dəyişmiş vibrasiyalarda bədənimiz dəyişmiş dünyaya uyğunlaşmalıdır, lakin bu, o qədər də asan deyil. Bu o demək deyil ki, hər şey alt-üst olacaq. Ancaq çoxlu dəyişikliklər olacaq və onlara uyğunlaşmaq lazımdır. İndi hiss etdiklərimiz aysberqin görünən hissəsidir. Planetimizi və insanları güclü dəyişikliklər gözləyir", deyə o bildirib

Murad

0