“Bürclərə həddən artıq inam bizim həyat keyfiyyətimizi azalda bilər”

MARAQLI
18:30 / 05.08.2024
551

Müasir dünyada onların ümidi o qədər azdır ki, ancaq qoroskopla özlərinə təsəlli verirlər. 

Bu gün kimsə kiminləsə yola getmirsə və ya sözləri üst-üstə düşürsə , bunu bürclərin uyğunluğu və ya uyğunsuzluğu əlaqələndirir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bürclərə həddən artıq inam bizim həyat keyfiyyətimizi azalda bilər. Bu hal hətta özümüz haqqında müsbət fikirlərimizə mənfi təsir edə bilər:

 “Çox insanlar var ki, demək olar ki, hər gün bürcü haqqında məlumat oxuyur, hətta gündəlik planlarını buna görə nizamlayır. Əslində orda yazılanlar həqiqəti əks etdirməsə də, biz şüuraltı inandığımız üçün həmin yazıların həyatımızda doğruluğunu bir növ təsdiqləmiş oluruq”.

Ekspert hesab edir ki, bu gün artıq Astrologiyanı üstələyən rəqəmsal psixologiya dəbdədir. İnsanlar informasiyanı alqoritmlərlə qəbul edirlər. Biz sosial şəbəkədə, internetdə axtarış, yaxud da bəyənmə etdikdə alqoritmlər rəqəmsal davranışınımzı xatırlayır və fərdiləşdirir, bəyəndiyimiz musiqiləri, videopostları təqdim edir, zövqümüzə uyğun saytlar təklif edir.

Sevinc

0