“Pul əl çirkidir” deyə belə bir deyim var.
Pul elə bir məfhumdur ki, o olmadan hər hansı bir ehtiyacı qarşılamaq mümkün olmur.
Maraqlıdır, pul doğrudan da əl çirkidir yoxsa elə “əlin ən yaxın dostu”.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, pul insana rahat yaşaması üçün lazım olur:
"Əksər kasıb ailədə dünyaya göz açmış və pulsuzluğun acısını çəkmiş insanlar yetkin olduqda bütün güclərilə bu vəziyyətdən çıxmağa çalışır:
“Pula qarşı qorxusu olanlar anlamalıdır ki, pulun çoxluğu yalnız narahatlıq, yeni həllini gözləyən problemlər, işlər deyil, yeni sevinc gətirən imkanlar da yaradır. Pul ilə özlərini daha çox çətinliklərdən sığortalayacaqlar. "Pul əl çirkidir" prinsipi ilə tərbiyə olunan uşaqlarda ona və bu haqda danışan uşaqlara özlərindən asılı olmadan mənfi hisslər yaranır. Onlar özlərində pul qazanmaq istəyini hər cür boğmağa çalışır. Pul qazanmaq istədiklərini bildirməkdən utanır. "Belə adamlarla söhbət zamanı "Mən pula görə işləmirəm" kimi sözlər eşitmək olar. Lakin hər şeyi pul ilə ölçmək də bədbəxtçilikdir”.
Sevinc