Uşaq oyuncaqların təhlükəsizliyi necə təmin olunur?

ÖLKƏ
15:13 / 04.11.2023
929

“Oyuncaqların təhlükəsizliyi təmin edilməlidir. Çünki, kiçik yaşlı istehlakçıların ağzına, əllərinə, dərisinə toxunduğu üçün onların keyfiyyətli olması vacibdir”.

Bu sözləri Hit.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O qeyd edib ki, oyuncaqlar sahəsində illərdir problemlər yaşanır: 

“Valideynlər özləri də oyuncaq alarkən diqqətli olmalıdırlar. Bazarda uşaqlar üçün rəngi çıxan, qoxusu gələn oyuncaqlar var. Oyuncaqların istehsalında əsasən plastic  kütlədən, rənglərdən istifadə olunur. ;Rəngləyici materialların tərkibində isə ağır metallar, qurğuşunlar olur. Bu da oyuncaqlar vasitəsilə kiçikyaşlı uşaqlara keçə bilir. Həmişə deyirik ki, oyuncaq alan zaman ağ tənzifi isladıb, oyuncağa sürtmək lazımdır. Əgər rəngi çıxırsa, belə oyuncağı almaqdan uzaqlaşın. Mağazaya daxil olduqda oradan pis qoxu gəlirsə, belə oyuncaqlardan uzaq olun. Dartdıqda tükləri qopan, hissələri tökülən oyuncaqlar varsa, onları almaqdan imtina edin. İstehlakçı qismində uşaqların mənafeyi önə çəkilərsə, yoxlayan dövlət orqanları nəzarətdə fəal iştirak edərsə, ölkədə oyuncaqların təhlükəsizliyi təmin olunar. Əks halda, biznes qurumları azad bazar iqtisadiyyatının prinsiplərindən sui-istifadə edib əvvəlki kimi fəaliyyət göstərəcək, ciddi bir dəyişiklik baş verməyəcək”.

Sevinc

0