Avtomobil sahiblərinin nəzərinə! - Bu halda 160 manat cərimə oluna bilərsiniz!

ÖLKƏ
19:43 / 23.02.2024
601

Çox zaman atalar öz avtomobillərinin açarını uşaqlarına verib “get sür, öyrən” deyirlər. 

Bəzən də azyaşlılar özləri valideynlərinin xbəri olmadan sürücülük vəsiqəsi almadan avtomobil sürməyə meyilli olurlar. 

Əlbəttə , bunun ağır nəticələri ola bilər. Üstəlik qanunla da qadağandır.

Azyaşlı atasının avtomobilini idarə edərsə, buna nə qədər cərimə yazılmalıdır?

Bu sualla HİT.az-a oxucularımızdan biri müraciət edib.

Nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov sualı cavablandıraraq bildirib ki, bu qaydalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir:

"Qaydalara əsasən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən azyaşlı 100 manat, avtomobil sahibi olan atası isə 60 manat cərimələnir. Bu vəziyyətdə azyaşlının cərimə ödəmək imkanı olmadığına görə, ata ümumilikdə 160 manat cərimələnir.

Qaydalara əməl etməklə həm avtomoilinizi, həm övladınızı, həm də başqalarının həyatını təhlükədən qoruşum olarsınız".

Murad

0