Putinin Əliyev və Ərdoğanla danışmasına ehtiyac yoxdur – Peskov 

SİYASƏT
14:51 / 06.10.2020
3273

Rusiya prezidenti Vladimir Putin Əliyev və Ərdoğanla danışmayıb, amma başqa səviyyədə əlaqələrdə saxlanılır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, heç də o demək deyil ki, Rusiyanın işgüzar əlaqələrdə hansısa problem var”, - deyə Peskov jurnalistlərə bildirib.

Qarabağ münaqişəsi başladığı andan etibarən Putinin Ermənistan baş naziri Nikol Paşinyanla 3 dəfə danışmasının, Türkiyə və Azərbaycan prezidentiləri – Tayyip Erdoğan və İlham Əliyevlə isə bir dəfə belə danışmamasının səbəbi barədə suala cavabda o deyib: “Bu, prezidentlərin iş qrafiklərindən və məqsədəuyğunluqdan asılıdır”, RİA-Novosti Peskovdan sitat gətirir.

Peskovun sözlərinə görə, Qarabağ münaqişəsi mövzusunda Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu, elə Rusiya-Ermənistan dialoqu da yüksək səviyyədə və daimi aparılır.

0
yenisabah.az