Ərdoğan cəbhədəki vəziyyəti Merkellə müzakirə etdi

15:36 / 06.10.2020
806

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans rejimində danışıq olub.

HİT.Az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

İki ölkənin liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

R.T.Ərdoğan Ermənistanın işğalı altındakı Azərbaycan əraziləri ilə bağlı problemin həlli üçün BMT qətnamələrinin yerinə yetirilməli olduğunu vurğulayıb.

0