Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı: Uşaqlarımızı Qarabağdan çıxarın

DÜNYA
17:18 / 30.11.2020
1003

Yerevanda erməni əsgərlərin valideynləri hökumət binası qarşısında yenidən etiraz aksiyasına başlayıb.

Onlar övladlarının Qarabağdan Ermənistana qaytarılmasını tələb edirlər.

Valideynlərdən biri Asmik Qriqoryan bildirib ki, Madagiz, Cəbrayıl və Hadrutdakı döyüşlərdə iştirak edənlər yanvar ayında tərxis olunmalıdır:

"Mənim övladım bunların arasındadır. Biz uşaqlarımızın bir ay tez tərxis olunmasını istəyirik. Onlar böyük müharibədə iştirak etdilər, dostlarını itirdilər, gecəni hərbi postlarda, küçədə keçirdilər və indi məktəblərdə yerdə yatırlar".

0
Virtualaz.org