“Apple”lə "ortaqlıq" “Hyundai"a və “Kia"ya baha başa gəldi

TEXNO
18:50 / 08.02.2021
984

“Apple” şirkəti elektrikli avtomobillər istehsalına başlayacağını açıqladıqdan sonra bir çox fərqli şirkətin “Apple”lə ortaq olacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin sonradan məsələnin heç də belə olmadığı məlum olub.

Sonuncu dəfə “Kia” elektrikli və sürücüsüz avtomobillər istehsal etmək üçün “Apple” ilə danışıqlar aparmadığını açıqlayıb.

Bir sözlə, “Hyundai Motor” və onun törəmə şirkəti “Kia Motors”  “Apple” ilə sürücüsüz avtomobillərin təkmilləşdirilməsi istiqamətində danışıqlar aparmadıqlarını bəyan ediblər.

“Bloomberg”in məlumatına görə, “Apple” “Hyundai” və “Kia” ilə danışıqları bir neçə həftə əvvəl dayandırıb. Bildirilir ki, “Apple” digər avtomobil istehsalçıları ilə də buna oxşar mövzuda danışıqlar aparmışdı.

“Hyundai” elektrikli avtomobil istehsal etmək üçün bir çox şirkətlə əlaqədə olduqlarını, lakin hələ ki, heç bir nəticə əldə etmədiklərini bəyan edib.

Bu xəbərlərin fonunda “Hyundai'nin səhmləri 8,4 faiz, “Kia”nın səhmləri isə 14 faiz ucuzlaşıb.

Hərçənd ki, ötən ay “Hyundai”ın “Apple” ilə sözügedən mövzuda danışıqlar aparmasını bəyan etməsi şirkətin səhmlərinin 20 faiz bahalaşmasına səbəb olmuşdu. Həmçinin “Kia”nın səhmləri birgə istehsal xəbərlərindən sonra 1997-ci ildən bəri ən yüksək səviyyəyə çatmışdı.

0
ikisahil.az