“Sən demə o, artıq can verirmiş” - Əməkdar artist

MAQAZİN
18:32 / 13.03.2021
1248

Əməkdar artist Firuzə İbadovanın bir neçə gün öncə anası Hökumə xanım dünyasını dəyişib.

HİT.az xəbər verir ki, müğənni anasıyla bağlı fikirlərini bölüşüb və kövrəlib:

"Allah bütün analara rəhmət eləsin. Heç yata bilmirəm, inana bilmirəm ki, anam yoxdu. Onu masaj edirdim və sonra deyirdi ki, " saçlarımı dara". Bu onun xoşuna gəlirdi. Neçə gündür ki, anamın saçını daramıram. Yağış yağır və anamı o soyuq yerdə necə qoyub gəlmişəm, bilmirəm. Amma Allah keçsin günahımdan, üsyan etmirəm.

Martın 8 də radioya verilişə gedirdim. Anamın alnından öpüb dedim ki, ana, yarım saata qayıdıram. Sən demə o, artıq can verirmiş. Mən qayıdanda elə bildim ki, o, yatıb. Təbii ki, evdə adam var idi.

Anama nə etmişəmsə, elə bilirəm ki, az etmişəm. Onu 93 il yaşatdım. Mən işləyəndən anama həyat verdim. İki dəfə ziyarətə apardım. Onu heç vaxt tək qoymadım. O, elə bil böyük övladım idi. Ana-bala sevgisi Allah sevgisidir". /Moderator.az

Mən hələ belə dünyasını dəyişən insan görməmişdim. Çünki cavan qardaşım da, gəlinimiz də dünyasını dəyişib. Anam can verəndə bunu bizdən gizlətdi, heç bildirmədi. O, uşaqları incitməyi sevmirdi. Harasa gedəndə anamın yanında kimisə qoyurdum və mən gələnə qədər soruşurmuş ki, Firuzə gəlmədi? Elə bilirdi ki, mən onun yanında olmasam, öləcək".

0