AVRO-2020-də Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı

İDMAN
21:51 / 26.08.2021
1242

Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması prezident mükafatının təqdimatı ilə başlayıb.

HİT.az xəbər verir ki, qurumun prezidenti Aleksandar Çeferin AVRO-2020-nin oyunu zamanı huşunu itirən Kristian Erikseni xilas edən həkimləri mükafatlandırıb.

Meydanda ona yardım edən həkimlər Moqens Kroytsfeldt, Frederik Flensted, Anders Boesen, Peder Ersqor, UEFA-nın arenadakı həkimi Yens Kleynefeld, Valentin Velikov, Danimarka yığmasının həkimləri Morten Skyoldaqer və Morten Boesen mükafat alıb. Millinin kapitanı Simon Kyaerin özünü komanda yoldaşına yetirib ilk yardımı etməsi də diqqətdən kənar qalmayıb və o da mükafatlandırılıb.

Xatırladaq ki, Kristian Eriksen Finlandiya ilə qrupda ilk turun oyununda (0:1) huşunu itirərək yerə yıxılıb. Daha sonra o, xəstəxanaya aparılıb və bir daha oyunlara çıxmayıb.

0