Sosial şəbəkələrin fəaliyyətində problem yaşandı

TEXNO
23:07 / 19.11.2021
1387

Bəzi ölkələrdə “Facebook”, “Instagram”ın fəaliyyətində problemlər yaşanıb.

Qeyd olunur ki, bir sıra ölkələrdə “Instagram” istifadəçilərinin 46 faizi tətbiqin istifadəsi ilə bağlı problemlə üzləşib, daha 29 faiz istifadəçi isə faylların yüklənməsi zamanı problemlərin üzə çıxdığını bildirib.

“Facebook”da isə 70 faiz istifadəçi saytın fəaliyyətində problem olduğunu bildirib. 17 faiz istifadəçi isə öz hesablarına daxil ola bilmədiyini vurğulayıb.

0