Azərbaycanlı Əməkdar incəsənət xadimi vəfat etdi

MƏDƏNİYYƏT
22:14 / 28.07.2023
574

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Rusiyanın Moskva şəhərində vəfat edib.

Bu barədə HİT.az-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş Vulkana doğru (film, 1977), Anın quruluşu (film, 1980), Bağlı qapı (film, 1981), Üzeyir ömrü (film, 1981), Gümüşü furqon (film, 1982), Asif, Vasif, Ağasif (film, 1983), Burulğan (film, 1986), Təxribat (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.

Allah rəhmət eləsin.

0