\"Separatçılar təslim olmasa, bayrağımızı Xankəndidə asacağıq\" - Ekspert

12:56 / 20.09.2023
807

"Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal antiterror tədbirləri tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Konstitusiyamıza tam uyğundur".

Bunu politoloq Turan Rzayev HİT.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, Azərbaycan dünya birliyi tərəfindən qəbul edilmiş ərazisinin 20 faiz hissəsindəki "boz zona" yaradılmağa çalışılan ərazidəki mövcud vəziyyəti aradan qaldırmaq, qeyri-qanuni erməni silahlı dəstələrini zərərsizləşdirmək və separtaçı fəaliyyətin qarşısını almaq üçün əməliyyatlara başlayıb:

334106

"Əməliyyatlarda sadəcə hərbi obyektlər hədəf alınır. Separatçılara silahlarını yerə qoymaq üçün dəfələrə xəbərdarlıq edildiyini də unutmamaq lazımdır. Amma onlar nə reinteqrasiya prosesinə başladılar, nə verilən xəbərdarlıqlara məhəl qoydular. Belə olan təqdirdə, Azərbaycanın yalnız bir çıxış yolu qalırdı. O da lokal antiterror əməliyyatı ilə separatçıların zərərsizləşdirilməsi idi. 

Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatı uğurla nəticələnəcək. Həmçinin, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazilərindəki hüquqlarını tam olaraq bərpa edəcək. Biz mülki şəxləri hədəf almırıq, sadəcə öz torpaqlarımız uğrunda mübarizə aparırıq. Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsini tələb edir. Rəsmi Bakı erməni əsilli vətəndaşlarını da işğalçı xunta rejimindən xilas etmək missiyasını qarşısına məqsəd qoyub".

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqliklə əməliyyatları həyata keçirir:

"Bu antiterror əməliyyatlarının da qələbə ilə yekunlaşacağını əminliklə deyə bilərik. Azərbaycan yalnız separtaçılar silahlarını yerə qoyacağı və təslim olacağı təqdirdə əməliyyatları dayandıracaq. Əks təqdirdə, antiterror əməliyyatları davam edəcək və Azərbaycan öz bayrağını Xankəndi də asacaq".

Pərviz

0