Teatr Xadimləri İttifaqı qurultaya hazırlaşır

19:20 / 20.12.2023
569

2024-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti qurultayı keçiriləcək.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti, ittifaqın idarə heyətinin üzvü Cənnət Səlimova deyib. 

O, qurultayda kimlərin namizəd olmasından xəbərsiz olduğunu vurğulayıb:

“Bunu ancaq qurultay günü biləcəyik. Hələ qurultayın günü də bəlli deyil”.

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Azərpaşa Nemətov bu ilin 9 aprelində vəfat edib. İttifaqın nizamnaməsinə əsasən, İdarə Heyətinə sədr seçkisi 5 ildən bir keçirilir. 

Azra 

0