Növbəti parklanma dərdi - Sürücü şikayəti

İQTİSADİYYAT
13:25 / 19.07.2024
306

İzləyicimiz Mehman Əliyev şikayətini bizə səsləndirib.

O, Hit.az-a bildirib ki, Neftçilər prospektində, düz dəniz vağzalının qarşısındakı geniş meydanda avtomobil saxladıqları üçün cərimələniblər:

"Orada dirəyə vurulmuş elanda bildirilib ki,səhər saat yeddidən axşam altıya qədər avtomobil saxlamaq qadağandır. Biz, yəni mənim kimi 10-15 nəfər gecə saat 12- dən sonra avtomobilimizi park etmişik, yol polisi cərimə yazıb, bu qanunu qanunsuzluqla pozmaq deyilmi? - deyən sürücü cərimənin ləğvini tələb etdiyini bildirib.

Hüquqşünas Elvin Babayev məsələ ilə bağlı Hit.az-a bildirib ki, əgər YPX əsassız yazılmış cəriməni ləğv etməzsə, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var.

Murad
 

0