Tramp qardaşı qızını məhkəməyə verdi

22:14 / 25.06.2020
1092

Robert Tramp qardaşı qızı Meri Trampı məhkəməyə verib.

ABŞ prezidentinin qardaşı “Lap çox və heç vaxt yetməyən: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı” ( “Too Much and Never Enough: How My Family Created the World’s Most Dangerous Man”) adlı kitabda ailəsi barədə intim və davaya səbəb olacaq məlumatların dərc olunmasını qınayıb və müəllifi məhkəməyə verib.

Meri Trampın vəkili Teodor Boutrous kitabın çapına çəpərlərin yaradıldığını bildirsə də, nəşriyyat evi açıqlamasında çapa mane olacaq heç bir addımın uğurlu olmayacağını qeyd edib.

Əsərin bu günlərdə bu günlərdə işıq üzü görəcəyi bildirilir.

Xatırladaq ki, bir müddət öncə Donald Tramp da qohumunu məhkəməyə vermişdi.

0
Unikal.org