Ərdoğana Aya Sofyanı məscid etmək ixtiyarı verildi

DÜNYA
21:17 / 02.07.2020
1333

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar verərək  Müqəddəs Sofiya kilsəsini (Aya Sofya) məscidə çevirə bilər.

Müvafiq  qərarı Türkiyənin Ali məhkəməsi verib.

Bildirilir ki, Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürkün kilsəyə 1934-cü ildə muzey statusu verilməsi haqqında qərarı qüvvədə qalır, lakin dövlətin hazırki başçısı statusun saxlanılması və ya dəyişdirilməsi hüququna malikdir.

Həmçinin kilsənin gələcəyi məsələsi Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. CNN telekanalıının məlumatına əsasən, dinləmələr 15 dəqiqə sürüb. DŞ rəsmi qərarını 15 gün ərzində elan edəcək.

1
Modern.az