Koronavirusun yeni ştamından necə qoruna bilərik? - İnfeksionistdən AÇIQLAMA

SAĞLAMLIQ
14:17 / 08.10.2024
374

Koronavirusun daha bir növü yayılıb.

Belə ki, dünyada COVID-19-un yeni variantı üzə çıxıb. XEC adı verilən ştam artıq bəzi ölkələrdə sürətlə yayılıb. İndiyə kimi sözügedən varianta yoluxma 30-a yaxın ölkədə qeydə alınıb. Onun yayıldığı ölkələrin sayının artacağı da istisna deyil.

Bəs koronavirusun yeni ştamından necə qoruna bilərik? 

İnfeksionist Ləman Qalimova bununla bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, dünya koronavirusdan tamamilə xilas olmayıb:

359737

"Yəni koronavirus həmişə olduğu kimi, indi də var. Sadəcə olaraq müəyyən dövrlərdə onun yeni ştamları yaranır. Sözügedən virusun ştamlarının dəyişməsi isə insanlarda xəstəlik yarada bilir. Ümumiyyətlə, yeni ştamların yaranması ilə birlikdə buna yoluxanlar olur".

Həkim koronavirusun yeni variantından necə qoruna biləcəyimiz barədə də danışıb:

"Koronavirusun bütün ştamlarında olduğu kimi özümüzü qorumalıyıq. Yəni əl gigiyenasına riayət etməli, sosial məsafə saxlamalı, maskadan istifadə etməliyik. Bundan başqa, immun sistemimizdə, qidalanmağımıza və həyat tərzimizə fikir verməliyik".

Pərviz

0