Keçibuynuzu bəhməzini kimlər içə bilər?

SAĞLAMLIQ
21:21 / 29.10.2024
267

Hit.az “Şəfalı bitkilər” rubrikasında keçibuynuzu bəhməzi haqqında məlumat verir.

“Keçibuynuzu bəhməzinin içindəki E vitamini sayəsində sayəsində təbii yolla qrip və öskürəyin qarşısını almaq mümkündür”.

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib

O qeyd edib ki, bəhməzin sümük boşalmalarına da təsiri güclüdür:

“Bəlğəm, davamlı öskürəyi olanlar üçün keçibuynuzu bəhməzini içmək xüsusilə tövsiyə edilir. Çünki, nəfəs borusunu təmizləyir, rahat nəfəs almağa kömək edir. Eyni zamanda, mədə-bağırsaq problemi, yeməyin gec həzm olunması və qurdları təmizləmək üçün keçibuynuzu bəhməzi əvəz edilməz vasitədir. Bağırsaq qazlarını bədəndən xaric edərək , mədədəki şişləri aradan qaldırır. 

Qeyd edim ki, insanların qorxusu olan ağciyər xərçənginin yaranma riskinin 90% qarşısını alır. Kompüter arxasında çalışan insanların keçibuynuzu bəhməzi qəbul etməsi vacibdir. Çünki , insan bədənindəki şüaları birmənalı şəkildə təmizləyir”. 

Murad

0