Turp nadir xüsusiyyətlərə malik bitkidir.
Mütəxəssislər qış aylarında sağlamlıq üçün turp yeməyin faydalı olduğunu deyir.
Hit.az xəbər verir ki, ağ turp müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.
Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir.
Bununla yanaşı, turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir.
Həmçinin, turp orqanizmdən pis xolesterolu xaric edir və bununla da aterosklerozun qarşısını alır.
Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.
Onu da bildirək ki, turp qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəlaiyyəti, qəbizliyin profilaktikası üçün çox vacibdir.
Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı turpu qəbul etmək tövsiyə edilmir.
Turp həmçinin, köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.
Sevinc