YUĞ Teatrı yeni mövsümdə nələr edəcək?

MƏDƏNİYYƏT
19:12 / 28.09.2023
606

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsüm üçün planlarını açıqlayıb.

Hit.az-a verilən məlumata görə, məzuniyyətdən sonra teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissoru Mikayıl Mikayılovun kollektivlə görüşü olub. Görüşdə teatr rəhbərliyi qarşıdakı aylarda görüləcək planlarından danışıb. 

Yeni mövsümdə teatr Florian Zellerin “Ata”, quruluşçu rejissor Tural Mustafayev, Toyğun Orbayın “21:15 qatarı”, quruluşçu rejissor Mikayıl Mikayılov, Koki Mitaninin “Gülüş Akademiyası”, quruluşçu rejissor Gümrah Ömər və İlqmar Vilkvistin "Qelverin gecəsi”, quruluşçu rejissor Linas Zaikauskas əsərləri əsasında tamaşalar hazırlanacaq. Həmçinin bu il YUĞ Teatrının iştirak edəcəyi Beynəlxalq Teatr Festivalları, qastrol səfərləri  də baş tutacaq.

Azra

0