Xalq artistindən təklif: Xan Teatrı Xankəndində fəaliyyət göstərsin

MƏDƏNİYYƏT
12:24 / 02.10.2023
707

"Xankəndi şəhərində Xan Teatrının fəaliyyət göstərməsi Azərbaycan mədəniyyətinə bir töhvədir”.

Bu təklifi Hit.az-a açıqlamasında Xalq artisti Əli Nur səsləndirib. O bildirib ki, Xankəndində Maksim Qorki adına Erməni Dövlət Dram Teatrı fəaliyyət göstərib:

“İndi Qarabağı azad etdik, ermənilər də könüllü olaraq Xankəndini tərk edirlər. Xankəndi böyük şəhərdir, Azərbaycan orada sənaye müəssisələri quracaq, bununla yanaşı mədəniyyətini də inkişaf etdirməlidir. Həmin teatrın binası gözəl yerdədir, parkın içində fəaliyyət göstərir. Bu binanı neynəyək? Düşünürəm ki, həmin teatra Xan Teatrı adı verilsin”.

Xalq artisti İrəvan Dövlət Azərbaycan Dram Teatrının Xan Teatrında fəaliyyətini davam etdirdiyini də diqqətə çatdırıb:

“Teatrın yaxşı kollektivi var, baş rejissoru da talantlı biridir”.

Azra

0