Tariyel Qasımov: \"Yubiley deyildi, sanki bir nağıl idi\"

15:49 / 14.02.2024
282

"Yubiley deyildi, sanki bir nağıl idi". 

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov Ağstafa şəhərində keçirilən 85 illik yubileyindən danışarkən deyib. 

Aktyor bildirib ki, gecənin bütün xərcini rayon icra hakimiyyəti qarşılayıb:

“Gənc Tamaşaçılar Teatrının kollektiv gəlmişdi. Kiçik-kiçik səhnələr oynadılar. Bundan əlavə rayon mədəniyyət evinin müğənniləri birlikdə bir gecə yataşdılar ki, çox gözəl oldu. Qonaqlar dedi ki, ilk dəfədir ki, belə yubiley mərasimi keçirilib. Sağ olsun, bu gecədə zəhməti olan hər kəsə çox sağ ol deyirəm".

Aktyor çıxışında özünə can sağlığı arzuladığını vurğulayıb.

Qeyd edək ki, bu il Xalq artisti Tariyel Qasımovun 85 illik yubileyi tamam olub. Yubiley tədbirlərinin biri aktyorun doğulduğu Ağstafa şəhərində keçirilib.

Azra 

0